Azedu.az

Müəllimlərin davamiyyəti necə izlənəcək? - turniket, barmaq izi və üz tanıma...

Məktəblər

Müəllimlər və elm adamları

24 Noyabr 2025, 10:18
Müəllimlərin davamiyyəti necə izlənəcək? - turniket, barmaq izi və üz tanıma...

Müəllimlərin tam ştat iş rejiminə keçidi ilə bağlı müzakirələrdə ən çox diqqət çəkən məqamlardan biri onların məktəbdə davamiyyətinin necə yoxlanılacağıdır. Bu keçid, təhsil müəssisələrində müəllimlərin gündəlik fəaliyyətinə nəzarətin yeni mexanizmlərlə tənzimlənməsini aktuallaşdırır. Belə olan halda, davamiyyətin hansı üsullarla müəyyən ediləcəyi sualı xüsusi önəm daşıyır.

Maraqlıdır, həmin tam ştatlı müəllimlərin davamiyyətini yoxlamaq üçün hansı mexanizmlər tətbiq edilə bilər?

Sözügedən məsələyə dair AzEdu.az-a açıqlama verən Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Ceyhun Məmmədovun sözlərinə görə, son qərarlar və verilən açıqlamalar ölkədə müəllimlərin fəaliyyətinə dair yeni bir sistemə keçidin başlandığını göstərir:

172919

"Xüsusilə müəllimlərin məktəblərdə, yəni gündəlik iş rejimində fəaliyyət göstərməsi məsələsi hazırda aktuallıq kəsb edir və bu, ciddi diqqət mərkəzində saxlanılmalıdır.

Müəllimlərin işə davamiyyətinə və fəaliyyətinə nəzarət məsələsi texnoloji baxımdan bu gün artıq çətinlik yaratmır. Müasir texnologiyalar - turniketlər, barmaq izi, üz tanıma və kart oxuma sistemləri vasitəsilə nəzarət prosedurlarını asanlıqla həyata keçirmək mümkündür.

Digər tərəfdən qeyd olunmalıdır ki, müəllim öz işini vicdanla və məsuliyyətlə yerinə yetirirsə, əlavə nəzarət mexanizmlərinə də ehtiyac qalmır. Bu baxımdan əsas məsələ müəllimin öz peşəsinə münasibəti və işinə olan bağlılığıdır. Prosesin səmərəli tənzimlənməsi üçün həm texniki imkanlardan istifadə edilməli, həm də etik-professional məsuliyyət prinsipləri əsas götürülməlidir".

Müəllimlərin 8 saatlıq iş qrafikində maaşlar necə hesablanacaq? - Müəmmalar
Son xəbərlərDaha çox