Azedu.az

“Öz həyatını şagirdlərə həsr etmiş müəllimlərimiz var”- Nazir 

Məktəblər

21 Noyabr 2025, 12:29
“Öz həyatını şagirdlərə həsr etmiş müəllimlərimiz var”- Nazir 

“Biz demirik ki, müəllim sertifikatlaşdırma prosesində mütləq 60 bal yığsın, 60 bal yığmasa müəllim deyil. Hər bir insan  imtahanda 5-10 bal səhv edə bilər. Məktəb müəlliminə olan gözlənti onun öz fənnindən həmişə 100 faiz nəticə göstərməsi deyil. Əsas gözlənti müəllimin şagirdə olan münasibətidir”. 

AzEdu.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət Mərkəzi” proqramında çıxışında deyib. 

Nazir həyatını fədəkarcasına uşaqlara və məktəbə həsr etmiş müəllimlərimizdən də danışıb: “Bizim həqiqətən də uşaqları sevən, məktəbi sevən müəllimlərimiz var. Biz bu müəllimləri tapıb onları məktəbə qaytarmaq istəyirik”.

Şok İddia - ABŞ Azərbaycan səfirliyini vurub
Son xəbərlərDaha çox