Azedu.az

Şagird sayı az olan MƏKTƏBLƏR - SİYAHI

Məktəblər

21 Noyabr 2025, 09:12
Şagird sayı az olan MƏKTƏBLƏR - SİYAHI

Azərbaycanda ümumtəhsil müəssisələrində şagird sıxlığı ilə bağlı aparılan təhlillərə əsasən, ölkə üzrə ümumilikdə 4036 məktəb fəaliyyət göstərir.

AzEdu.az xəbər verir ki, bu sözləri Elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət mərkəzində” verilişində qeyd edib.

"Bu məktəblərdən 94-də (2%) 10 nəfərdən az, 247-də (6%) 20 nəfərdən az, 401-də (10%) 30 nəfərdən az, 552-də (14%) 40 nəfərdən az, 684-də (17%) 50 nəfərdən az, 789-da (20%) 60 nəfərdən az, 918-də (23%) 70 nəfərdən az, 1038-də (26%) 80 nəfərdən az, 1136-da (28%) 90 nəfərdən az və 1241 məktəbdə (31%) 100 nəfərdən az şagird təhsil alır.

Eyni zamanda, 1812 məktəbdə (45%) 150 nəfərdən az, 2175 məktəbdə (54%) 200 nəfərdən az, 3147 məktəbdə (78%) 500 nəfərdən az, 3637 məktəbdə (90%) 1000 nəfərdən az, 3833 məktəbdə (95%) 1500 nəfərdən az və 3933 məktəbdə (97%) 2000 nəfərdən az şagird var".

Bu göstəricilərdən aydın olur ki, ölkə üzrə məktəblərin əksəriyyətində şagird sayı nisbətən azdır. Cəmi 3 faiz məktəbdə şagird sayı 2000-dən çoxdur. Bu statistika kənd və ucqar bölgələrdə şagird çatışmazlığını və məktəb resurslarının bərabər paylanmaması məsələsini aktuallaşdırır.

Şok İddia - ABŞ Azərbaycan səfirliyini vurub
Son xəbərlərDaha çox