Azedu.az

Məktəbdən ayrılan şagird geri qayıda bilərmi? - rəsmi CAVAB

Məktəblər

20 Noyabr 2025, 11:29
Məktəbdən ayrılan şagird geri qayıda bilərmi? - rəsmi CAVAB

Təhsilalanın öz müraciəti əsasında təhsil müəssisəsindən ayrılması və sonradan həmin müəssisəyə qayıdaraq təhsilini davam etdirməsi məsələsi Azərbaycan Respublikasının təhsil qanunvericiliyi və aidiyyəti normativ-hüquqi aktlar çərçivəsində tənzimlənən prosedurdur.

Öz ərizəsi əsasında müəyyən müddət əvvəl təhsil aldığı məktəbdən ayrılmış bir şagirdin sonradan həmin təhsil müəssisəsinə qayıdaraq təhsilini davam etdirməsi hüquqi, inzibati və pedaqoji baxımdan mümkün hesab olunurmu?

Sözügedən məsələ ilə bağlı AzEdu.az Təhsil Portalı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (MÜTDA) sorğu ünvanlayıb.

Agentlikdən bildirilib ki, mövcud qanunvericiliyə uyğun olaraq ümumi orta təhsil səviyyəsi (I–IX siniflər) icbari təhsil dövrüdür:

“Bu siniflərdə təhsil alanlar digər təhsil müəssisələrinə yerdəyişmə edə bilərlər. Ərizə ilə məktəbdən ayrılmaq yolverilməzdir. Şagird 1–2 il müddətinə təhsildən yayınarsa, qayıtdıqda son təhsil aldığı sinifdə yenidən oxumalıdır; hər hansı sinfi bitirdikdən sonra təhsildən yayınıbsa, növbəti sinifdə təhsilini davam etdirməlidir.

Şagird 16 yaşı tamam olduqdan sonra qayıtmaq istəyirsə, o, məktəbə qəbul edilmir və ümumi orta təhsilini eksternat yolu ilə tamamlamağa yönəldilir.

Şagird qəbul mərkəzləşmiş imtahanla aparılan lisey və ya gimnaziyadan başqa məktəbə yerdəyişmə etmişsə, bir müddət sonra həmin lisey və ya gimnaziyaya yerdəyişməsi həyata keçirilmir”,- deyə MÜTDA məlumat verib.

Şok İddia - ABŞ Azərbaycan səfirliyini vurub
Son xəbərlərDaha çox