Azedu.az

Zəfərin 5 ili - məktəblilərdən ağacəkmə aksiyası...

Məktəblər

7 Noyabr 2025, 17:29
Zəfərin 5 ili - məktəblilərdən ağacəkmə aksiyası...

Vətən müharibəsində qazanılan qələbənin beşilliyi münasibətilə “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı və Bakı Avropa Liseyinin şagirdlərinin iştirakı ilə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həyətində ağacəkmə aksiyası keçirilib.

AzEdu.az xəbər verir ki, “Bizimlə böyüyən ağac” layihəsi çərçivəsində baş tutan aksiyada ağaclar mərkəzdə müalicə alan uşaqlar üçün Bakı Avropa Liseyinin 3a2 sinfinin şagirdləri tərəfindən əkilib.

Qeyd edək ki, “Təmiz Şəhər” ASC tərəfindən ənənəvi olaraq təşkil edilən “Bizimlə böyüyən ağac” layihəsi çərçivəsində orta ümumtəhsil məktəblərinin həyətyanı sahələrində hər sinif üçün bir ağac əkilir və həmin ağaclara qulluq edilməsi onu əkən şagirdlərə həvalə olunur.

Pezeşkiandan TƏCİLİ xəbərdarlıq - Tehrandan çıxın!
Son xəbərlərDaha çox