Azedu.az

Məktəb xərcləri və işçi siyahısı ictimaiyyət üçün açıq olmalıdır - TƏKLİF

Məktəblər

3 Noyabr 2025, 13:59
Məktəb xərcləri və işçi siyahısı ictimaiyyət üçün açıq olmalıdır - TƏKLİF

Keçdiyimiz günlərdə Sabirabad rayonunda direktorla bağlı araşdırma aparılıb. Araşdırma məktəbdə adı olub, özü olmayan işçilər barəsində başlayıb. Sonradan direktorun külli miqdarda yeyinti etdiyi üzə çıxıb. Onun 100 min manata yaxın olduğu iddia edilir.

Bu halda sual yaranır ki, niyə regional idarə və ya elm və təhsil nazirliyi direktorlarla bağlı davamlı şəkildə araşdırma aparmır. 

AzEdu.az-a mövzu ilə bağlı  əməkdar müəllim, sabiq deputat Sona Əliyeva danışıb. 

Müsahibimiz qeyd edib ki, ümumtəhsil müəssisələrinə nəzarət mexanizmi zəifdir:

"Bu cür hadisələr təəssüf ki, təhsil sisteminə olan inamı sarsıdır. Amma əsas məsələ təkcə bir direktorun məsuliyyətsiz davranışı, rüşvətxor olması deyil, ümumilikdə nəzarət mexanizmlərinin zəif işləməsidir. Belə hallar çox zaman yalnız kimsə şikayət etdikdə aşkarlanır. Əgər şikayət olmasa, deməli, qanunsuzluq da illərlə davam edə bilər. Bu, təhsili sisteminin illərdir ciddi boşluğudur.

Elm və Təhsil Nazirliyinin regional idarələri məktəblərdə maliyyə və kadr yoxlamalarını  proaktiv şəkildə aparmalıdırlar. Məktəblərdə şəffaflıq yalnız hesabatlarda yox, gündəlik idarəetmədə də hiss olunmalıdır. Məncə, bu hadisə bizə bir şeyi açıq göstərdi: təhsildə nəzarət və etimad yanaşı getməlidir".

Direktor təyinatı zamanı təkcə sertifikasiya nəticələri yox, həm də etibarlılıq və şəffaf idarəetmə göstəriciləri nəzərə alınmalıdır:

"O, insan məktəbin mənəviyyatına da cavabdehdir. Əgər həqiqətən də nöqsanları aşkarlamaq istəyirsə,  regional idarələr xəbərdarlıq etmədən yoxlamalar keçirməlidir. Hər bir direktorun fəaliyyətinə il ərzində  ən azı bir dəfə yerində baxış olmalıdır ki, real vəziyyət aşkar olunsun.

Məktəblərin xərcləri və işçi siyahısı ictimaiyyət üçün də açıq olmalı, "arxa qapıdan" işçi götürmək səlahiyyəti heç kimə verilməməlidir.  Valideyn və müəllimlər üçün etibarlı şikayət platforması yaradılmalı, müraciətlər nəticəsiz qalmamalıdır.

Direktor təyinatı zamanı təkcə sertifikasiya balı deyil, həm də etibarlılıq və şəffaf idarəetmə göstəriciləri nəzərə alınmalıdır. Cəmiyyət müəllimə, məktəbə və direktor institutuna inanmaq istəyir. Amma bu inam yalnız sözlə yox, real nəzarət və məsuliyyət ilə qoruna bilər. Əgər bir direktor 100 min manat yeyintiyə yol verirsə, bu təkcə onun problemi deyil, bu, sistemin xəbərdarlıq siqnalıdır. Təhsil mühiti şəffaf və ədalətli olmasa, orada verilən bilik də dəyərini itirir".

Prezidentin çıxışı Ermənistanı silkələdi: Sevan yoxdur, Göyçə var!
Son xəbərlərDaha çox