Azedu.az

Gürcüstana Azərbaycan dilində dərsliklər göndərilib

15 Oktyabr 2025, 12:07
Gürcüstana Azərbaycan dilində dərsliklər göndərilib

Elm və Təhsil Nazirliyi Gürcüstanın azərbaycandilli məktəblərinə 2025-2026-cı tədris ili üçün dərsliklər göndərib.

AzEdu.az APA-ya istinadən verir ki, 18 adda 21 179 nüsxə dərslik Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinə təhvil verilib.

Vəsaitlərə I-XI siniflər üçün “Azərbaycan dili” və “Ədəbiyyat” dərslikləri daxildir.

Təhvil-təslim prosesində Elm və Təhsil Nazirliyinin, Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndələri iştirak ediblər.

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox