Azedu.az

Məktəb və bağçalarda üztanıma sistemi tətbiq olunacaq - YENİLİK

10 Oktyabr 2025, 10:45
Məktəb və bağçalarda üztanıma sistemi tətbiq olunacaq - YENİLİK

"Gələcəkdə məktəb və bütün bağçalarda "SİMA Access" üztanıma sisteminin tətbiqi planlaşdırılır".

AzEdu.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu "AzIntelecom" MMC-nin kommersiya direktoru Fərrux Fərəcullayev Bakı Fintex Forumundakı çıxışı zamanı deyib.

O bildirib ki, Elm və Təhsil Nazirliyi tərəfindən sözügedən həll bağça sisteminə inteqrasiya olunub: 

"Təhlükəsizlik baxımından xüsusi önəm kəsb edən "SİMA Access" həllimiz yenidir. Bu həll Elm və Təhsil Nazirliyi tərəfindən bağça sisteminə inteqrasiya olunub və çox uğurla həyata keçirilir. Bir qisim bağçada bu həyata keçirilir, həllin bütün bağçalarda, habelə məktəblərdə tətbiqi planlaşdırılır".

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox