Azedu.az

Məktəblərin yaxınlığında tıxacın qarşısı alınır

15 Sentyabr 2025, 08:38
Məktəblərin yaxınlığında tıxacın qarşısı alınır

Yeni tədris ilinin başlanması ilə əlaqədar Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən təhsil ocaqlarının yaxınlığında sıxlıq və tıxacın yaranmasının qarşısını almaq üçün tədbirlər həyata keçirilir.

AzEdu.az xəbər verir ki, bu barədə mərkəzdən məlumat verilib.

Qeyd olunub ki, səhər saatlarından başlayaraq paytaxtın bir neçə küçə və prospektində svetoforlara "yaşıl dalğa" rejimi tətbiq edilir:

"Bununla yanaşı, nəqliyyat sıxlığına səbəb olan halların aradan qaldırılması üçün Mərkəzin əməkdaşları mütəmadi yol polisi ilə əlaqədədir".

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox