Azedu.az

Nazirlik şaxta babaya məktub yazan şagirdi sevindirəcək

Məktəblər

7 Dekabr 2018, 21:03
Nazirlik şaxta babaya məktub yazan şagirdi sevindirəcək

Təhsil Nazirliyi Şaxta babaya məktub yazan şagirdə baş çəkəcək. AzEdu.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov “Facebook” səhifəsində yazıb:

"Bununla bağlı bildirmək istəyirəm ki, Əşrəfov Tufan Bağır oğlu Masallının Dəmirçi kənd ümumi orta məktəbinin 7-ci sinif şagirdidir. Özü Bədəlan kəndindəndir. Məktəbdən verilən məlumata görə, nümunəvi şagirddir, dərslərini yaxşı oxuyur. Tufan dayısının və babasının himayəsində yaşayır. Təhsil Nazirliyi Yeni il ərəfəsində Tufanı ziyarət edəcək və öz sovqatı ilə onu sevindirəcək”,- deyə C.Valehov qeyd edib.

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox