Azedu.az

Səhiyyə Nazirliyi yaralanan şagird və valideynlərin vəziyyəti ilə bağlı açıqlama yaydı

Məktəblər

7 Dekabr 2018, 13:48
Səhiyyə Nazirliyi yaralanan şagird və valideynlərin vəziyyəti ilə bağlı açıqlama yaydı

Avtobusun qəzaya uğraması nəticəsində xəsarət alan şagirdlər və onların valideynlərinin hazırkı vəziyyəti barədə Səhiyyə Nazirliyindən açıqlama verilib. 

AzEdu.az xəbər verir ki, nazirliyin məlumatına əsasən iki böyük və iki azyaşlı olmaqla dörd nəfər 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. 

Xəstələrin vəziyyəti normaldır, ağır travma, sınıq qeydə alınmayıb. Onların bu gün nəzarətdə saxlanıldıqdan sonra sabah evə buraxılması nəzərdə tutulur. 

Qeyd edək ki, dekabrın 7-də saat 07:45 radələrində məktəbliləri daşıyan avtobus paytaxtın Qobu qəsəbəsindən şəhər istiqamətində hərəkətdə olarkən qəzaya uğrayıb.

Nəticədə avtobusda olan Binəqədi rayonundakı 217 nömrəli tam orta məktəbin 2 şagirdi və 2 valideyn xəstəxanaya yerləşdirilib.

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox