Azedu.az

Sumqayıt məktəblisi beynəlxalq olimpiadadan 4 medalla QAYIDIB

Məktəblər

Abşeron-Xızı Regional Təhsil İdarəsi

Uğur hekayələri

12 May 2025, 13:28
Sumqayıt məktəblisi beynəlxalq olimpiadadan 4 medalla QAYIDIB

Sumqayıtlı şagird Fransada keçirilən beynəlxalq olimpiadadan 4 medalla qayıtdı.

Bu barədə AzEdu.az-a Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, Fransada təşkil olunan Hi-lingua Beynəlxalq ingilis dili Olimpiadasının Grand Final mərhələsində Sumqayıt şəhər 23 saylı tam orta ümumtəhsil məktəbinin 8b sinif şagirdi Hüseynzadə Solmaz möhtəşəm nəticə göstərib.

Qeyd edək ki, gənc istedad bu nüfuzlu yarışmada 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanaraq ölkəmizi və təhsil müəssisəsini layiqincə təmsil edib.

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox