Azedu.az

Şagirdlər Təhsil Nazirliyinin müəyyənləşdirdiyi məktəbli formalarını geyinəcəklər

Məktəblər

4 Dekabr 2018, 12:42
Şagirdlər Təhsil Nazirliyinin müəyyənləşdirdiyi məktəbli formalarını geyinəcəklər

Azərbaycanda ümumi təhsil müəssisələrində təhsilalanlar üçün müvafiq icra hakimiyyəti orqanı (Təhsil Nazirliyi) tərəfindən müəyyən olunmuş geyim formaları tətbiq ediləcək.

AzEdu.az xəbər verir ki, bu, yeni hazırlanan “Ümumi təhsil haqqında” qanun layihəsində qeyd olunub.

Qanun layihəsinin 12-ci (Ümumi təhsil müəssisəsi) maddəsində bildirilib ki, ümumi təhsil müəssisəsində təhsilalanlar üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş geyim formaları tətbiq ediləcək.

Yeni hazırlanan qanun layihəsi parlamentin “Elm və təhsil” komitəsinin bu gün keçirilən  iclasında müzakirəyə çıxarılıb. Komitə sədri İsa Həbibbəyli bildirib ki, bəzi məktəblərdə məktəbli forması tətbiq olunsa da, ancaq bütün məktəbləri əhatə etməyib.

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox