Azedu.az

Məktəblilər kosmik fəzada baş verənlər barədə məlumatlandırıldı

Məktəblər

2 Dekabr 2018, 21:01
Məktəblilər kosmik fəzada baş verənlər barədə məlumatlandırıldı

Qax Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərində icra olunan “Ayın görünməyən tərəfləri” adlı layihə çərçivəsində keçirilən təlimlər zamanı məktəblilər kosmosda baş verən hadisələr barədə ətraflı məlumatlandırılıblar. İdarədən AzEdu.az-a verilən məlumata görə, şəhər 1, 2, 3 və 4 nömrəli məktəblərdə təşkil edilən tədbirlərdə məktəblilərə ABŞ-ın Apollon-11 kosmik gəmisinin Ay səthinə enməsi, planetimizə gələn zərərli şüalara qarşı qalxan funksiyasını yerinə yetirən Van Allen qurşaqları, kosmik fəzada baş verən maraqlı hadisələr barədə geniş məlumat verilib. Könüllü Nəcməddin Sofiyev tərəfindən keçirilən təlimlər zamanı yeniyetmə və gənclər, həmçinin insanların gələcəkdə Marsa səyahət etmələri üçün aparılan hazırlıq işləri barədə də ətraflı məlumat əldə ediblər.

 

Məktəblilərin maraq dairəsini artırmaq məqsədilə keçirilən təlimlərdə, ümumilikdə 120-dən çox yeniyetmə və gənc iştirak edib.

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox