Azedu.az

Məktəbdən noutbukları oğurlayanlar tutuldu    

27 Noyabr 2018, 10:05
Məktəbdən noutbukları oğurlayanlar tutuldu    

Hacıqabul rayonunun Navahı kənd tam orta məktəbindən naməlum şəraitdə 2 ədəd hər birinin qiyməti 592 manat olan noutbukun oğurlanması barədə Hacıqabul Rayon Polis Şöbəsinə məlumat daxil olub.  

Bu haqda AzEdu.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan şəhərində regional qrupundan verilən məlumatda bildirilib.

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri Zaur Əsgərov və Vüqar İbrahimov saxlanılıblar.

Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayət əməlini etiraf ediblər. Oğurladıqları noutbuklar  onlardan maddi sübut kimi götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox