Azedu.az

Təhsil Nazirliyinin mütəxəssisləri tavanı uçan məktəbə baxış keçiriblər - AÇIQLAMA

Məktəblər

26 Noyabr 2018, 17:27
Təhsil Nazirliyinin mütəxəssisləri tavanı uçan məktəbə baxış keçiriblər - AÇIQLAMA

 Təhsil Nazirliyi Kürdəmirdə məktəbin tavanın uçmasına münasibət bildirib. 

AzEdu.az xəbər verir ki, nazirlikdən "Report"un sorğusuna cavab olaraq qeyd olunub ki, Kürdəmir rayonunun Qarasu kəndində yerləşən Elşad Qurbanov adına tam orta məktəbin 2-ci tədris korpusu 1967-ci ildə 5 sinif otağı olmaqla tikilib. 

Məlumata görə, bünövrəsi və divarları pud daşından tikilən tədris korpusunun koridorunun tavanı ağac materialı olan diktlə üzlənib: "Damdan yağış sularının sızması nəticəsində həmin tavan üzlüyü aşınıb. Koridorda tavan üzlüyü uçan hissədə yerləşən bir sinif otağında tədris dayandırılıb. Məktəbin digər otaqlarına ziyan dəyməyib, məktəbdə tədris davam edir. Təhsil Nazirliyinin mütəxəssisləri məktəbin korpusuna baxış keçirəndən sonra verilən rəyə əsasən müvafiq tədbirlər görüləcək". 

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox