Azedu.az

Azərbaycanda dərs  vaxtı məktəbin tavanı uçdu - FOTO

Məktəblər

26 Noyabr 2018, 13:50
Azərbaycanda dərs  vaxtı məktəbin tavanı uçdu - FOTO

Kürdəmirdə dərs zamanı məktəbin tavanı uçub.

AzEdu.az Oxu.az-a istinadən məlumat verir ki, hadisə rayonun Qarasu kəndində yerləşən Elşad Qurbanov adına tam orta məktəbdə qeydə alınıb.

Məktəbin direktoru Abduləli Qocayev saytımıza açıqlamasında bildirib ki, məktəbin dəhlizinin tavanı dərs zamanı uçub:

 

“Şagirdlərdən xəsarət alan olmayıb. Dərslər tam qaydasında keçirilib. Hadisə ilə bağlı Təhsil Nazirliyinə məlumat verilib”.

Abduləli Qocayev qeyd edib ki, üç ildir ki, yeni məktəb tikintisi olmalı idi, amma hələ tikinti başlamayıb.

Qeyd edək ki, hadisə ilə bağlı ilk xəbəri A24.az saytı yayıb.

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox