Azedu.az

Bakıda 215 məktəbdə STEAM layihəsi tətbiq edilir

Məktəblər

24 Dekabr 2024, 14:03
Bakıda 215 məktəbdə STEAM layihəsi tətbiq edilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 215 ümumi təhsil məktəbində STEAM layihəsi tətbiq edilir.

AzEdu.az xəbər verir ki, bu barədə “Azərbaycan müəllimi”nə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, layihə BŞTİ-nin tabeliyindəki məktəblərdə 6 043 sinif üzrə 168 530 şagirdi əhatə edir.

Elm və Təhsil Nazirliyi tərəfindən reallaşdırılan layihənin məqsədi inkişaf etmiş ölkələrdə müasir çağırışlar əsasında həyata keçirilən təhsil yeniliklərinin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsi və tədrisindən ibarətdir. 

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox