Azedu.az

Təhsil Nazirliyi ən çox və ən az direktor tələb olunan rayonların adlarını AÇIQLADI

Məktəblər

Təhsil Nazirliyi

23 Noyabr 2018, 10:39
Təhsil Nazirliyi ən çox və ən az direktor tələb olunan rayonların adlarını AÇIQLADI

Təhsil Nazirliyi ölkə üzrə ən çox vakant orta məktəb direktoru vəzifəsinin hansı ərazilərdə olduğunu açıqlayıb.

AzEdu.az-ın məlumatına görə, Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin müdiri Murad Camalzadə bildirib ki, bu il keçirilən direktorların işə qəbulu müsabiqəsinə ümumilikdə 604 vakant yer təqdim edilib.

Ölkə üzrə ən çox vakant direktor yerləri 35 yer olmaqla, Cəlilabad rayonu üzrədir. Bu sıralamada daha sonra Goranboy, Quba, Lerik yer alır.

Ən az direktor vəzifəsi vakansiyası isə 1 yer olmaqla, Xızı rayonundadır.

Bakı şəhəri üzrə 11, Sumqayıt şəhəri üzrə 10, Abşeron rayonu üzrə 4, Gəncə rayonu üzrə isə 2 vakant yer elan edilib.

M.Camalzadə hesab edir ki, 604 vakant yerin hamısının bu müsabiqədə tutulacağı gözlənilmir.

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox