Azedu.az

Məktəb direktorları hesabat verdilər    

Məktəblər

22 Noyabr 2018, 11:03
Məktəb direktorları hesabat verdilər    

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində Pedaqoji Şuraların növbəti iclasları keçirilib.

 AzEdu.az-ın xəbərinə görə, iclasların keçirilməsində əsas məqsəd görülən işlərə bir daha nəzər salmaq, qarşıda duran vəzifələrə dair müzakirə aparmaq və müvafiq məsələlərlə bağlı kollegial qərarlar qəbul etməkdən ibarətdir. 

Pedaqoji Şuraların toplantılarında məktəb direktorlarının və müavinlərinin məruzələri, müəllimlərin hesabatları dinlənilib.

İclaslarda 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri, təhsilin keyfiyyətinin artırılması baxımından görülən işlər, fənlərin tədrisində keyfiyyətin yüksəldilməsi üçün yeni təlim metodlarının tətbiqi, IX və XI siniflər üzrə buraxılış imtahanlarına hazırlıq, müəllim-şagird-valideyn münasibətlərinin düzgün qurulması, dərsə davamiyyət, məktəbdaxili nizam-intizam qaydaları, istedadlı şagirdlərlə iş və digər məsələlər müzakirə olunub.

 

Qeyd edilən məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib, müəllimləri maraqlandıran suallar cavablandırılıb. 

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox