Azedu.az

Hindistanda iki məktəb bomba təhdidləri alıb

Məktəblər

9 Dekabr 2024, 08:43
Hindistanda iki məktəb bomba təhdidləri alıb

Hindistanın paytaxtı Yeni Dehlidə iki məktəbə bomba qoyulması barədə xəbərlər yayılıb.

AzEdu.az TASS-a istinadən xəbər verir ki, bu barədə şəhər polisi məlumat yayıb.

Təhsil müəssisələrinə bombalarla bağlı xəbərdarlıq məktubları elektron poçt vasitəsilə göndərilib. Məktəb əraziləri mühasirəyə alınıb və bazar ertəsi dərslər ləğv edilib. Təhlükəsizlik yoxlamasından sonra heç bir şübhəli əşya aşkar edilməyib.

Son aylarda Hindistanda məktəblərin, eləcə də hava yollarının bomba təhdidləri alması halları artıb. Ölkə hakimiyyəti bu cür təhdidlərin göndərilməsini dayandırmaq üçün bir sıra yeni qanunvericilik normaları hazırlamaq niyyətində olduğunu bəyan edib.

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox