Azedu.az

Vətən Müharibəsi Qəhrəmanı məktəblilərlə görüşəcək

Məktəblər

4 Noyabr 2024, 09:52
Vətən Müharibəsi Qəhrəmanı məktəblilərlə görüşəcək

“Məktəbdə...” layihəsinin növbəti görüşü keçiriləcək.

AzEdu.az xəbər verir ki, görüş noyabrın 5-də paytaxtdakı 205 nömrəli tam orta məktəbdə baş tutacaq.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Raqif İsrayılov olacaq.   

Görüşdə vətənpərvərlik hisslərinin aşılanmasında məktəbin və müəllimlərin üzərinə düşən vəzifələr, gənclərdə Vətən, torpaq sevgisi, ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.

 

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox