Azedu.az

Yolu keçmək istəyən II sinif şagirdini maşın vurdu

Məktəblər

19 Oktyabr 2018, 14:51
Yolu keçmək istəyən II sinif şagirdini maşın vurdu
Sabirabad rayonunda avtomobil məktəblini vuraraq ağır xəsarət yetirib.
 
AzEdu.az Unikal.org-a istinadən xəbər verir ki, hadisə oktyabrın 19-da günorta saatlarında rayonun Güdəcühür kəndində qeydə alınıb.
 
"Nissan” markalı, 10 MX 218 dövlət qeydiyyatı nişanlı avtomobil yolu keçən ikinci sinif şagirdi, 2011-ci il təvəllüdlü Zeyqəm Teymur oğlu Xələfovu vurub və ağır vəziyyətdə olan yaralını Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırıb. Hazırda reanimasiyada olan azyaşlının vəziyyəti ağır olaraq qiymətləndirilir.
 
Faktla bağlı araşdırma aparılır.
SEPAH-dan ölkəmizə MÜHARİBƏ TƏHDİDİ - Diqqətli olun!
Son xəbərlərDaha çox