Azərbaycanda qadın orta məktəb direktorlarının sayı artıb.
AzEdu.az Trend-ə istinadən məlumat verir ki, 2017-ci ildə əyani tam orta təhsil müəssisələrində direktor vəzifəsində çalışan qadınların xüsusi çəkisi ötən tədris ili ilə müqayisədə 33,8 faizdən 35,2 faizə qədər artıb.
Ümumilikdə əyani ümumi təhsil müəssisələrində qadınların ümumi sayında direktorların və onların müavinlərinin sayı 1,3 faiz çoxalıb.
Orta məktəblərdə direktor müavinlərinin 38,4 faizi, tam orta təhsil müəssisələrində 55 faizi qadındır.
Direktor müavinlərinin 61,6 faizi, tam orta təhsil müəssisələrində direktor müavinlərinin 45 faizi kişilərdir.