Azedu.az

Nazirlikdən summativlərə görə şagirdlərdən pulun yığılmasına REAKSİYA

Məktəblər

24 Sentyabr 2018, 10:49
Nazirlikdən summativlərə görə şagirdlərdən pulun yığılmasına REAKSİYA

Təhsil Nazirliyi orta məktəblərdə summativlərin keçirilməsi üçün tələb olunan materialların çapına görə şagirdlərdən pulun yığılmasına münasibət bildirib.

AzEdu.az Trend-ə istinadən xəbər verir ki, Təhsil Nazirliyinin sektor müdiri Vidadi Bağırov bildirib ki, summativlərin keçirilməsinə görə şagirdlərdən pul yığmaq məqbul hal deyil: 

“Ümumiyyətlə, məktəbin müəyyən maliyyə imkanları olmalıdır. Bununla bağlı məktəblər üçün vəsaitlər də nəzərdə tutulur, məktəblər həmin vəsaitlə summativləri keçirirlər. Elə məktəblər var ki, onlar sponsor köməyindən istifadə edirlər. Amma summativləri bayraq edib pul yığmaq məqbul hal deyil”.

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox