Azedu.az

Bu abituriyentlərə də kolleclərdən ixtisas seçməyə icazə veriləcək - RƏSMİ  

Məktəblər

Maraqlı

Dövlət İmtahan Mərkəzi

Tələbələr

17 Aprel 2023, 15:00
Bu abituriyentlərə də kolleclərdən ixtisas seçməyə icazə veriləcək - RƏSMİ  

Bu il ümumtəhsil müəssisəsindən məzun olan şəxslər onlayn ərizə seçimində təhsil almaq istədiyi “ali və ya orta ixstisas təhsili müəssisəsi” bəndini qeyd etməlidir.  

 

Abituriyentlər tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq üçün müsabiqə şərtini ödəyirlər. Lakin 1-15 mart tarixlərində keçirilən ərizə qəbulu zamanı “Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyirəm” bəndini seçməyi unudurlar.

 

Bəs həmin abituriyentlər üçün şans yaradılacaq?

 

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata əsasən, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq üçün müsabiqə şərtini ödəmiş, lakin 1-15 mart tarixlərində keçirilən ərizə qəbulu zamanı “Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyirəm” bəndini seçməyən abituriyentlərə yayda kolleclərin ixtisas seçimində iştirak etməyə icazə veriləcək.

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox