Azedu.az

Təhsil naziri: "Yüz məktəbə yeni sistem üzrə hazırlanan dərsliklər təqdim olunub"

Məktəblər

Təhsil Nazirliyi

15 Sentyabr 2018, 16:11
Təhsil naziri:

“Bu gündən etibarən Azərbaycanın 100 məktəbində ibtidai siniflər üçün yeni sistem üzrə hazırlanan Azərbaycan dili və riyaziyyat dərsliklərinin pilot layihəsinin icrasına başlanılacaq”.

AzEdu.az “Report”a istinadən xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, yeni sistem dərsliklərin fərqli formatda hazırlanmasına, vaxt baxımından daha rahat şəkildə nəzərdən keçirilməsinə, eləcə də rəylərin yığılmasına və təkmilləşdirilməsinə şərait yaradacaq: “Pilot layihə şəklində təqdim edilən dərsliklər növbəti aylarda həm ictimaiyyətə təqdim olunacaq, həm də daha geniş spektrda mütəxəssislərin müzakirəsi təşkil ediləcək”.

C.Bayramov əlavə edib ki, növbəti illərdə bu sistem vasitəsilə bir sıra dərsliklərin təkmilləşdirilməsi və dəyişdirilməsi prosesi mümkün olacaq.

SON DƏQİQƏ! İranın yeni müdafiə naziri də ö*ldürüldü
Son xəbərlərDaha çox