Bu gün Bərdə şəhər 8 nömrəli tam orta məktəbdə də 15 " Bilik günü" tədbiri keçirilib.
AzEdu.az-a açıqlama verən məktəbin direktoru Qənbər Ağayev bildirib ki, bu il altı I sinif fəaliyyətə başlayıb:
"Üç sinif müəllimi, bir Azərbaycan dili və ədəbiyyat müəllimi gəlib. Təhsil Naziriyinin göstərişi əsasında, dövlət himni ilə tədbirə başladıq. TŞ- nin, məzun, veteran, valideyn və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə məktəbin pedaqoji, texniki işçiləri iştirak edib".