Azərbaycanda təhsil müəssisələri vaxtaşırı olaraq yanğından mühafizə balonları və lövhələri ilə təmin edilir.
AzEdu.az xəbər verir ki, bu barədə Trend-in təhsil müəssisələrində təhlükəsizliklə bağlı sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildiriblər.
"Yanğın zamanı təhlükəsizliyin təmin olunması üçün təhsil müəssisələri vaxtaşırı yanğından mühafizə balonları və lövhələri ilə təmin olunur. Həmçinin, yanğın və digər fövqəladə hallar zamanı təhlükəsizlik qaydalarına əməl olunması məqsədilə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən təhsil müəssisələrində mütəmadi olaraq treninqlər və müvafiq maarifləndirmə tədbirləri aparılır".