Azedu.az

Eksternat qaydalı imtahanlar vasitəsilə bu qədər şəxs attestat aldı - RƏSMİ

Məktəblər

13 Sentyabr 2018, 10:32
Eksternat qaydalı imtahanlar vasitəsilə bu qədər şəxs attestat aldı - RƏSMİ

Sentyabrın 12-də Bakı şəhəri təhsil işçilərinin ənənəvi təhsil konfransı keçirilib. 

AzEdu.az xəbər verir ki, konfransda çıxış edən təhsil nazirininin müavini Məhəbbət Vəliyeva eksternant imtahanları barədə danışıb:

“Ötən dərs ili ərzində müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini bitirməyən şəxslər üçün eksternat qaydasında imtahanlar keçirilib. İmtahanda IX siniflər üzrə Azərbaycan və rus bölməsi olmaqla 100  nəfər, XI siniflər üzrə isə 383 nəfər iştirak edib. İdarə tərəfindən keçirilən aralıq imtahanlarında, həmçinin Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanlarında uğurlu nəticə əldə etmiş 45 nəfərə ümumi orta, 326 nəfərə isə tam orta təhsil haqqında attestat təqdim edilib”.

Prezidentin çıxışı Ermənistanı silkələdi: Sevan yoxdur, Göyçə var!
Son xəbərlərDaha çox