Azedu.az

Yuxarı sinif şagirdləri üçün kamp təşkil edilib  

Məktəblər

Təhsil Nazirliyi

11 Noyabr 2022, 14:10
 Yuxarı sinif şagirdləri üçün kamp təşkil edilib   

Riyaziyyat fənni üzrə olimpiadalara hazırlıq prosesinin təkmilləşdirilməsi və məktəblilərimizin beynəlxalq olimpiada nailiyyətlərinin daha da yüksəldilməsi məqsədilə 8-9 və 10-11-ci sinif şagirdlərinə payız kampı təşkil edilib.  

 

AzEdu.az xəbər verir ki, kampda Xəzər Universitetinin professoru Nazim Kərimov, ADA Universitetinin dosenti Yaqub Əliyev, Beynəlxalq olimpiada hazırlıq komandasının müəllimləri İsmət Ağayev və Vüqar Quliyev 4 gün ərzində hazırlıq komandasına yeni mövzuları və əvvəlki olimpiadalarda təqdim edilən sualları izah edib.

 

Qeyd edək ki, kamp Heydər Əliyev adına Müasir Təhsil Kompleksində baş tutub.

QIZĞIN DEBAT! Prezidentdən SƏRT MESAJLAR -Kimlər vəzifəsini itirəcək?
Son xəbərlərDaha çox