Azedu.az

ABŞ-da uşaqları məktəbə hərbçilər aparacaq  

15 Sentyabr 2021, 09:00
ABŞ-da uşaqları məktəbə hərbçilər aparacaq  

ABŞ-ın Massaçusets ştatı rəhbərliyi qeyri-adi qərar qəbul edib.

Belə ki, qərara əsasən, bölgədə uşaqların məktəbə daşınması işlərinə 250 nəfər milli qvardiyaçı cəlb ediləcək.

Müvafiq addımın ştatda avtobus sürücülərinin çatışmazlığı ilə bağlı olduğu bildirilib.

Qeyd olunub ki, hazırda əksər ABŞ məktəbləri bu vakansiyaya uyğun namizədlərin tapılmasıyla bağlı problemlər yaşayır.

Mənbə: “Axios”

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox