Azedu.az

Bakı məktəbliləri karate üzrə beynəlxalq turnirin qalibi olublar - FOTO  

Məktəblər

13 İyul 2018, 12:40
Bakı məktəbliləri karate üzrə beynəlxalq turnirin qalibi olublar - FOTO  

Paytaxt məktəbliləri Bakıda Xəzər və Qara dəniz ölkələri arasında keçirilən karate üzrə beynəlxalq turnirdə yüksək nəticələr əldə ediblər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEdu.az-a verilən məlumata görə, İdarənin tabeliyindəki 328 nömrəli tam orta məktəbin IX sinif şagirdi Sevinc Salayeva və IV sinif şagirdi Arif Salayev qalibiyyət uğrunda əzmkar mübarizə apararaq mükafatçılar sırasına düşüblər. Turnirin nəticələrinə görə S.Salayeva I, A.Salayev isə II yerə layiq görülüb.

Qalib məktəblilər diplom və medallarla təltif olunublar.

Qeyd edək ki, bu, məktəblilərin ilk uğuru deyil. Onlar mütəmadi olaraq ölkə və beynəlxalq səviyyəli yarışlarda parlaq nəticələr əldə edirlər.

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox