Azedu.az

Təhsil naziri Balakəndə vətəndaşları qəbul edəcək

Məktəblər

5 İyul 2018, 14:17
Təhsil naziri Balakəndə vətəndaşları qəbul edəcək

Təhsil naziri Ceyhun Bayramov 13 iyul 2018-ci il tarixində saat 10:00-da Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının qərargahında mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Balakən, Qax, Zaqatala, Qəbələ, Oğuz, Şəki rayon sakinlərini qəbul edəcək.

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, Qəbulda Balakən, Qax, Zaqatala, Qəbələ, Oğuz, Şəki rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar 5-10 iyul 2018-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (//edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox