Azedu.az

Şagirdlərimiz Beynəlxalq Riyaziyyat Olimpiadasında ölkəmizi təmsil edəcək    

Məktəblər

3 İyul 2018, 15:30
Şagirdlərimiz Beynəlxalq Riyaziyyat Olimpiadasında ölkəmizi təmsil edəcək    

7-14 iyul 2018-ci il tarixlərində Rumıniyanın Kluj şəhərində 59-cu Beynəlxalq Riyaziyyat Olimpiadası(İMO 2018) keçiriləcək.

AzEdu.az xəbər verir ki, ölkəmizi bu olimpiadada 6 nəfər şagird təmsil edəcək.

Dünyanın 116 ölkəsindən 615 məktəblinin iştirak edəcəyi bu olimpiadada şagirdlərimiz bu günədək 8 gümüş və 32 bürünc medal olmaqla 40 medal qazanıb, 2017-ci ildə isə 4 bürünc medal əldə edərək 110 ölkə arasında komanda hesabında 42-ci yerdə qərarlaşıblar.

Azərbaycan məktəblilərinin Beynəlxalq Riyaziyyat Olimpiadasında ən yaxşı nəticəsi 2010-cu ildə 3 gümüş, 2 bürünc medal qazanması və ölkələr arasında 28-ci yerdə dayanması olub.

Beynəlxalq Riyaziyyat Olimpiadası ilk dəfə 1959-cu ildə Rumıniyada 4 ölkənin iştirakı ilə keçirilib. Azərbaycan məktəbliləri isə bu olimpiadada 1992-ci ildən iştirak edirlər.

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox