Azedu.az

Saxta diplomlu müəllimlər işdən çıxarılmayacaq  

Məktəblər

Müəllimlər və elm adamları

29 İyun 2018, 12:15
Saxta diplomlu müəllimlər işdən çıxarılmayacaq  

"Təhsil sənədi nümunəvi olmayan (saxta diplom - red), mövcud qaydaların tələblərinə uyğun olmayaraq işə qəbul edilmiş şəxslərin işdən çıxarılması məsələsi gündəmdə yoxdur"

AzEdu.az-ın  məlumatına görə,  bunu Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə deyib.

Murad Camalzadə onu da əlavə edib ki,  həmin şəxslərin yerlərinin vakant çıxarılması məsələsi gözlənilmir.

“Onlar müəyyən həcmdə dərs yükü ilə təmin edilirlər və həmin şəxslər işlərini davam etdiriləcəklər”. 

Mərkəzin müdiri bildirib ki,  kişi müəllimlərin sayında artım olacaq.

“Lakin müəllimlərin işə qəbulunda gender məhdudiyyəti yoxdur. Son illər müəllim kişilərin sayında artım müşahidə edilir”.

 

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox