Sentyabrın 25-də Təhsil naziri Emin Əmrullayev Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin missiyası bitməkdə olan rəhbəri Elena Aymone və yeni təyin olunan rəhbəri Arian Bauer ilə görüşüb.
Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, görüşdə Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi arasında təhsil sahəsində əlaqələrin cari vəziyyətindən məmnunluq ifadə edilib və əməkdaşlıq perspektivləri müzakirə edilib.