Azedu.az

"Bıçaqlayan şagird tutulub, yaralı şagirdin vəziyyəti normaldır" - Təhsil şöbəsinin müdiri

Məktəblər

14 İyun 2018, 13:00

Qobustan rayon təhsil şöbəsinin müdiri Füzulıi Gülalıyev A.O.Çernyayevski adına şəhər 1 saylı tam orta məktəbin şagirdləri arasında baş verən bıçaqlanma  ilə bağlı açıqlama verib.

AzEdu.az xəbər verir ki, F.Gülalıyev "Report"un sorğusuna cavab olaraq bildirib ki, məktəbin 10-cu sinif şagirdi V.Şəhriyarovu bıçaqlayan şəxs artıq polis əməkdaşları tərəfindən saxlanılıb: "Hadisə səhər saat 8 radələrində məktəbdən kənarda baş verib. Məktəbin 11-ci sinif şagirdi Rauf Ağaquliyev "Son zəng" tədbirində iştirak etmək üçün səhər məktəbə gələrəkən Vüsal Şəhriyarovla yolda aralarında mübahisə yaranıb. Nəticədə Rauf Vüsala bir neçə bıçaq zərbəsi vurub. Vüsalın vəziyyəti hazırda normaldır. Rauf isə polis əməkdaşları tərəfindən saxlanılıb".

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox