Azedu.az

Orta məktəblərə qəbul zamanı ərazi prinsipi nəzərə alınacaq  

Məktəblər

12 İyun 2018, 17:40
Orta məktəblərə qəbul zamanı ərazi prinsipi nəzərə alınacaq  

Azərbaycanda ümumi təhsil müəssisələrinə ilk növbədə həmin təhsil müəssisələrinin yerləşdiyi ərazidə yaşayan uşaqlar qəbul olunacaq.

AzEdu.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Belə ki, qanunun 19-cu (Ümumi təhsil) maddəsinin 14-cü bəndinə təklif edilən əlavəyə əsasən, ilk növbədə ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanlar həmin təhsil müəssisəsinə qəbul olunacaqlar. 

Umumi təhsil müəssisələrinə uşaqların qəbulu, sinifdən-sinfə keçirilməsi və yerdəyişməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox