Azedu.az

AXC-nin100 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib

Məktəblər

9 İyun 2018, 10:23
AXC-nin100 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin K.Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbi Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirib.

AzEdu.az-ın məlumatına görə, konsertdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Vuqar Zeynalov, Mədəniyyət Nazirliyinin şöbə müdiri Yaşar Əliyev və sektor müdiri Lalə Kərimova, Bakı şəhər musiqi məktəblərinin direktorları və digər qonaqlar iştirak ediblər.

Məktəbin şagirdlərinin ifasında “Şur rəngi”, T.Quliyev “Bakı haqqında mahnı”, Niyazi “Arzu”, K.Qlyuk “Orfey operasından Ariya”, D.Şostakoviç “Vals şutka”, M.Parcxaladze “Qəmgin nəğmə”, M.Şmits “Caz notları”, F.Şopen “Ballada” və digər Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.

 

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox