Azedu.az

Ucqar dağ kəndlərində yaşayan məktəblilər mütaliəyə cəlb olunacaq

Məktəblər

4 İyun 2018, 16:00
Ucqar dağ kəndlərində yaşayan məktəblilər mütaliəyə cəlb olunacaq

Mütaliəyə marağı daha da artırmaq məqsədilə “3 alma” və Nokia brendinin Azərbaycandakı təmsilçisi "Mobitel" şirkəti yeni bir layihəni həyata keçirməyə hazırlaşır. 

AzEdu.az-ın məlumatına görə, layihənin məqsədi kitab almağa imkanı olmayan aztəminatlı ailələrin uşaqlarını sevindirmək və onları elə kiçik yaşlarından mütaliəyə cəlb etməkdir. Layihə çərçivəsində Azərbaycanın ucqar dağ kəndlərində yaşayan məktəblilərə əlavə oxu kitabların paylanması nəzərdə tutulur. Bu aksiya və oxunan əsərlər barədə şagirdlərin rəy və fikirləri isə xüsusi yaradılmış “hashtag”lə sosial şəbəkələrdə çağırış şəklində yayılacaq. Mütəmadi olaraq davamı nəzərdə tutulan layihəyə görə kitabların təkcə məktəblərə deyil, uşaq evləri və sığınacaqlara da göndərilməsi planlaşdırılır.

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox