Azedu.az

Aprel Günəşi ilə fevral çovğununun övladları bir arada - Şəhid uşaqları Xocalı "25-lər"i ilə görüşd - VİDEO

Məktəblər

Videolar

1 İyun 2018, 18:13
Aprel Günəşi ilə fevral çovğununun övladları bir arada - Şəhid uşaqları Xocalı

Bu gün Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azedu.az  təhsil portalı və “Aprel-2016: şəhid ailələrinə dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Aprel şəhidlərinin məktəbli övladları arasında keçirilən “Mənim Atam Qəhrəmandır – O, Cümhuriyyətin əsgəri idi” mövzulu yazı müsabiqəsinin iştirakçıları mükafatlandırılıb. 

Bakı şəhəri,  Nərimanov rayonu 193 saylı tam orta məktəbdə təşkil olunan tədbirdə ilk dəfə olaraq Aprel şəhidlərinin övladları ilə Xocalı soyqırımı zamanı hər iki valideyni qətlə yetirilən "25-lər"in görüşü keçirilib. 

Mərasimdə şəhidlərin həyat yoldaşları və övladları, Milli Məclisin deputatları - Eldəniz Səlimov, Elşad Həsənov, Çingiz Qənizadə, Mahir Abbaszadə, Məlahət İbrahimqızı, Sədaqət Vəliyeva, Tahir Mirkişili, həmçinin, Cəsarət Valehov, “Aprel-2016” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin həmtəsisçisi Aida Eyvazlı və Təhsil  Nazirliyinin digər nümayəndələri, KİV və QHT təmsilçiləri iştirak ediblər.

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox