Azedu.az

Bərdədə 6-cı sinif şagirdi itkin düşüb - Foto

Məktəblər

30 May 2018, 09:00
Bərdədə 6-cı sinif şagirdi itkin düşüb - Foto

Bərdə rayonunda 11 yaşlı uşaq itkin düşüb.

AzEdu.az "Report"a istinadən xəbər verir ki, 2007-ci il təvəllüdlü yerli sakin Hacızadə Sənan Emin oğlu bazar ertəsi səhər saatlarında rayonun Məhəmməd Əmin Rəsulzadə küçəsində yaşadıqları evdən çıxaraq geri qayıtmayıb.

Yaxınlarının dediyinə görə, S.Hacızadə səhər saatlarında evə ət almağa gedən zaman itgin düşüb. Onlar həmçinin uşağın əqli və fiziki cəhətdən heç bir probleminin olmadığını bildiriblər.

İki gündür itkin düşən uşaq 6-ci sinifdə oxuyur.

Hazırda Bərdə rayon Polis şöbəsi azyaşlının axtarışı ilə bağlı iş aparır.

Onu görənlərdən aşağıdakı telefon nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur: 051-476-61-42.

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox