Azedu.az

Ucqar kənd müəllimindən AXC-100-lə bağlı maraqlı addım -VİDEO  

Məktəblər

Maraqlı

Müəllimlər və elm adamları

28 May 2018, 16:19
Ucqar kənd müəllimindən AXC-100-lə bağlı maraqlı addım -VİDEO  

28 May Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyinin tamam olduğu tarixdir.

Cümhuriyyət həm rəsmi, həm də ictimai səviyyədə təntənə ilə qeyd olunur.

Təhsil müəssisələri də aylardır ki, bu ənənədən geri qalmırlar.

AzEdu.az xəbər verir ki, Lerikin Lərmərud kənd orta məktəbində müəllim işləyən Seymur İbrahimov AXC-nin 100 illiyi ilə maraqlı addım atıb. Bu barədə müəllimin özü məlumat verib:

“Cümhuriyyətimizin 100 illiyi ilə əlaqədar şagirdlərimi götürüb yollandım kəndin ucqar qayalıqlarına. Orada doğma şagirdlərimlə birgə qayalara Azərbaycan bayrağı çəkib, həmin qayalığın adını "28 May Qayalığı" qoyduq ki, Lərmərud kəndində Cümhutiyyətimizin 100 illiyi tarixini əbədiləşdirək”.

 

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox