Azedu.az

Elitar Gimnaziyanın şagirdləri ADNSU-da ekskursiyada olublar

Məktəblər

Universitetlər

25 May 2018, 16:11
Elitar Gimnaziyanın şagirdləri ADNSU-da ekskursiyada olublar

Mayın 25-də Bakının Nəsimi rayonunda yerləşən İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın şagirdləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ekskursiyada olublar.

AzEdu.az xəbər verir ki, şagirdlər əvvəlcə ADNSU-nun tarix muzeyində olub, neft tarixinə və universitetə aid eksponatlarla tanış olublar. ADNSU-nun Tərbiyə İşləri üzrə prorektoru, dosent Ata babayev məktəblilərə universitetin tarixi, müxtəlif dövrlərdə fəaliyyəti, fəxri məzunları və s. haqqında ətraflı məlumat verib.

Daha sonra şagirdlər universitetin Mineralogiya Muzeyini, “Elektromexanika” kafedrasını, həmçinin kimya laboratoriyasını ziyarət ediblər.

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox