Azedu.az

Bakıda məktəblərdən oğurluq edən şəxs saxlanılıb

Məktəblər

11 Aprel 2020, 13:27
Bakıda məktəblərdən oğurluq edən şəxs saxlanılıb

Bakıda məktəblərdən oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzEdu.az-a verilən məlumata görə, BŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki orta məktəblərin birinin sinif otağından 748 manat dəyərində proyektor oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini F.İdrisov saxlanılıb. Ətrafında aparılmış tədbirlərlə onun digər bir orta məktəbdən 1 ədəd proyektor və 2 ədəd noutbuk oğurlaması da müəyyən edilib.

Araşdırma aparılır. (APA)

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox