Azedu.az

Şagird summativlərində dəyişikliklər OLACAQ    

24 May 2018, 13:48
Şagird summativlərində dəyişikliklər OLACAQ    

“Gələn tədris ilindən Azərbaycanda azyaşlı şagirlər üçün kiçik və böyük summativlərdə dəyişiklik nəzərdə tutulur”.

AzEdu.az-ın  məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deyib.

Nazir bildirib ki, Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən təhsil institutu ilə birlikdə bu istiqamətdə işlər gedir, tədqiqatlar aparılır.

“Düşünürəm ki, xüsusi olaraq aşağı yaşlı şagirdlər üçün kiçik və böyük summativlərdə növbəti tədris ilində bir sıra dəyişikliklər nəzərdə tutulacaq”.

Mirmahmud

Rusiya təyyarəsi Azərbaycanda - İrandan TƏCİLİ ruslar daşınır
Son xəbərlərDaha çox