Azedu.az

Müəllimi polisə verən məktəb direktoru Təhsil Nazirliyinə çağırıldı

Məktəblər

Müəllimlər və elm adamları

24 May 2018, 12:47
Müəllimi polisə verən məktəb direktoru Təhsil Nazirliyinə çağırıldı

Lənkəran rayonu Gəgiran kənd tam orta məktəbinin müəllimi Həbib Əlizadə barədə polisə şikayət edən həmin məktəbin direktoru Ziyafəddin Cavadov Təhsil Nazirliyinə dəvət olunub.

Azedu.az xəbər verir ki, bunu H.Əlizadə "Facebook"da yazıb. 

Onun sözlərinə görə, məsələ ilə bağlı araşdırmalar davam edir.

H.Əlizadə deyib ki, şikayətdən sonra Lənkəran Şəhər Rayon Polis Şöbəsinə gedib: “Bir xeyli qapıda gözlədikdən sonra nəhayət, əlaqədar şöbədən hər hansı ciddi problem olmadığını və işimə davam edə biləcəyimi bildirdilər. Ümid edirəm elə olacaq. Yeniliklər olan kimi bölüşəcəm. Operativ maraqlanıb məsələni nəzarətə götürdüyü üçün Təhsil Nazirliyinə, bütün sosial şəbəkə istifadəçilərinə, mediayaya dərin təşəkkür edirəm. Fəalliyyətimiz sizin dəstəyinizlə davam edəcək”.

Xatırladaq ki, direktor Z.Cavadov rəhbərlik etdiyi məktəbin müəllimi H.Əlizadə barədə polisə şikayət edib. O, buna səbəb olaraq müəllimin məktəb şagirdlərini icazəsiz Bakıya ekskursiya gətirməsini göstərib. 

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox