Azedu.az

Məktəbdənkənar təhsil müəssisələrində dezinfeksiya işləri aparılır - FOTO

Məktəblər

5 Mart 2020, 13:23
Məktəbdənkənar təhsil müəssisələrində dezinfeksiya işləri aparılır - FOTO

Koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması məqsədilə Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər həyata keçirilir.     

AzEdu.az xəbər verir ki, nazirliyin tabeliyində fəaliyyət göstərən əksər məktəbdənkənar təhsil müəssisələrinin idman zalları, inzibati, məşğələ otaqları, sanitar qovşaqlar, yeməkxana və digər köməkçi qurğularında dezinfeksiya işləri artıq yekunlaşdırılıb. Digər müəssisələrdə də tədbirlər davam etdirilir.    

Qeyd edək ki, ölkə üzrə bütün təhsil müəssisələrində tibbi-profilaktik vəziyyətə nəzarət gücləndirilib, dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib. 

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox