Azedu.az

 I sinfə qəbul üçün müsahibələr başa çatır

Məktəblər

Təhsil Nazirliyi

3 Mart 2020, 10:13
 I sinfə qəbul üçün müsahibələr başa çatır

Bu gün təhsili digər dildə aparılan məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların birinci siniflərə qəbulu üçün müsahibələr başa çatır.

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu elektron qaydada həyata keçiriləcək.

“Ümumi təhsil haqqında” qanuna əsasən, təhsili digər dildə aparılan məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların birinci siniflərə qəbulu həmin dildə şifahi nitq bacarığını qiymətləndirən müsahibələrin nəticəsi əsasında həyata keçirilir. 

 Müsahibələr fevralın 24-dən martın 3-dək yerli təhsili idarəetmə orqanları tərəfindən təşkil edilib. 

Ümumilikdə respublikanın regionlarında 24 fevraldan başlayan müsahibə komissiyalarının sayı 50-dir. Müsahibə komissiyalarının şifahi nitq bacarığını yoxlaması zamanı həmin uşaqların 9 faizə qədəri qeyri-qənaətbəxş cavab alıb.

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox